Cəmil Həsənli Milli Şuradan istefa verib?

Cəmil Həsənli Milli Şuradan istefa verib?
SİYASƏT
10:30 01.04.2016
1294
Milli Şuranın sədri Cəmil Həsənlinin Milli Şuradan istefa ərizəsi yazdığı barədə xəbərlər yayılıb.
“Bakı Xəbər” qəzetində və digər bir neçə saytda yayılan xəbərdə deyilir ki, Cəmil Həsənli istefa ərizəsini yazaraq Milli Şuradan getdiyini bəyan edib. Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli isə onu bu fikrindən daşındırmağa çalışır.
C.Həsənlinin istefa verməsinə səbəb kimi onun xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimində iştirak etməsi və bundan sonra Milli Şurada cərəyan edən neqativ proseslər göstərilir. Qeyd edilir ki, C.Həsənlinin İbrahimbəyovun yas mərasiminə qatılması, başda Əli Kərimli olmaqla, Milli Şurada kəskin etirazlara səbəb olub. Bu etirazlar sosial şəbəkələrdə kəskin hal alıb. Məhz bu səbəbdən də C.Həsənli Milli Şuradan getmək qərarına gəlib.
Əli Kərimli isə ona bildirib ki, narazılıqları onun Milli Şuradan getməsi üçün deyil.
Milli Şuranın adının çəkilməsini istəməyən üzvü bu xəbərin doğru olduğunu deyib. Həmin şəxs bildirib ki, C.Həsənli faktiki olaraq sədrlikdən gedib, sadəcə, bu məlumat ictimailəşməsin deyə gizlədilir: “Cəmil Həsənli Milli Şura sədri vəzifəsindən istefa vermək istədiyini bildirib. AXCP sədrinin xahişi ilə o bu qərarı mətbuata açıqlamayacağına söz verib. Milli Şura çox güman ki, dağılaraq yeni formatda fəaliyyətini davam etdirəcək. Hazırda bu istiqamətdə məsləhətləşmələr aparılır”.
Yayılan xəbərin doğru olub-olmadığını dəqiqləşdirmək üçün Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevlə əlaqə saxladıq. O.Gülalıyev bildirdi ki, Cəmil Həsənlinin Milli Şuradan istefa ərizəsi yazdığı barədə yayılan xəbər doğru deyil: “Heç bir əsası olmayan xəbərdir. Cəmil Həsənlinin Maqsud İbrahimbəyovun yas mərasimində iştirak eləməsinin guya Milli Şuranın rəhbərliyində narazılıqla qarşılandığı haqda deyilənlər də dezinformasiyadır. Heç kim Cəmil müəllimin bu addımına narazılıq etməyib. Martın 30-da axşam Milli Şuranın Koordinasiya Mərkəzinin iclası olub. İclası Milli Şuranın sədri Cəmil Həsənli aparıb. Heç bir narazılıq olmayıb, narazılıq üçün əsas da yoxdur”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Cəmil Həsənlinin Milli Şura sədrliyindən istefa verməsi xəbərinə münasibət bildirib. YAP icra katibinin müavini hesab edir ki, ümumiyyətlə, heç zaman Milli Şura adında təşkilat olmayıb.
Onun sözlərinə görə, artıq Milli Şurada olanlar da görür ki, təşkilatın adı kimi fəaliyyəti də sıfır səviyyəsindədir:
“Ümumiyyətlə, bu, Cəmil Həsənlinin ilk istefası deyil. Hətta o, vaxtilə Azərbaycan Xalq Cəbhəsi Partiyasından da Əli Kərimliyə görə istefa verdi. O bunu açıq şəkildə elan etmişdi. Artıq orada olan insanlar da başa düşürlər ki, qurumda heç bir perspektiv yoxdur və oradan uzaqlaşırlar. Onlar bilirlər ki, Milli Şuraya cəlb olunarkən müxtəlif şərtlərlə və bəhanələrlə aldanıblar. Hətta onlardan bir hissəsi özlərinə aid olan vəsaiti götürüb aradan çıxdılar və bununla da öz işlərini tamamlanmış hesab etdilər. Milli Şura xaricdən ixrac olunmuş bir layihə idi. O baxımdan da istər seçkilərdə, istərsə də seçkilərdən sonrakı dövrdə Azərbaycan ictimai-siyasi həyatında heç bir rola malik olmayan Milli Şura artıq ölü bir təşkilatdır. Beləcə, Cəmil Həsənlinin şuradan istefa verib-verməməsinin də heç bir əhəmiyyəti yoxdur. Guya Cəmil Həsənli orada hansı fəaliyyəti göstərdi ki, ondan sonra da nəsə etsin”.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə bildirib ki, Cəmil Həsənlinin istefası və Milli Şurada narazılıqlar olduğu haqda xəbərlər doğru deyil: “Cəmil Həsənlinin Rüstəm İbrahimbəyova və ya onun qardaşının yasında iştiraka görə təqib edildiyi üçün Milli Şuradan istefa verməsi həqiqəti əks etdirmir. Martın 30-da Milli Şuranın iclası keçirilib, Cəmil Həsənli də sədr kimi orada iştirak edib”.
İstefası xəbərinə Cəmil Həsənlinin özünün rəsmi təkzib verməməsi isə hələ də şübhələnməyə əsas yeri qoyur.
musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi