''Radikal müxalifətin ərsəyə gətirdiyi Milli Şura can üstündə olan xəstəyə bənzəyir.
Yerində çabalaya-çabalaya qalıb.
Ümid və yenidən dirilmə şansı isə sıfırın altındadır.Müalicəsi də naşı və diletant bir həkimə - Cəmil Həsənliyə həvalə olunub. Və rəqib düşərgənin romantik liderləri, müxalifət adlı nağılın baş qəhrəmanları ortalığa hakim kəsilən bu acı mənzərəyə rəğmən hələ və yenə də anlamaq istəmirlər ki, beyin ölümü çoxdan gerçəkləşən vücudun xilası nə Həsənlinin, nə də bir başqasının istedadına, bacarığına adekvat deyil.Fələk də xilas edə bilməz bu binəvaları. Kimsə xilas edə bilməz.AZXEBER.COM xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev Milli Şura daxilində gedən son proseslərə münasibət bildirərkən söyləyib.Politoloq daha sonra bunları deyib:“İndi də Cəmil Həsənlini oyuna gətiriblər. O da ağsaqqal, ahıl çağında bunların küyünə gedib palaz-palaz, radikal açıqlamalar verir. Öz siyasi keçmişini unudaraq güvəndən, vətən cəfakeşliyindən, komanda maraqlarından danışır. Oysa ki, bu adamın bütün həyatı boyu sərgilədiyi fəaliyyət spektrına, geri dönəminə baxarkən aydın olur ki, ortalıqda yazdığı kitablardan başqa heç nə yoxdur. Haqqında danışdığı dəyərlərdən isə əsər-əlamət!Cəmil Həsənli Milli Şuranın “hə”sini alan növbəti qurbandır. O İbrahimbəyovdan beş-betər diletantdır, özündən öncəki qorxaq, cəsarətsiz, saxtakar vahid namizədin bütün ölənlərinə rəhmət oxutduracaq biridir!Mən ümumiyyətlə güman etmirəm ki, bu gedişlə, yəni bu qədər qısa müddətdə Həsənlinin namizədliyi üçün gərəkən imzaları toplamaq mümkün olsun.Çünki bunların mitinqinə üst-üstə 500 adam toplanmır. Ətraflarında bir-iki köşə yazarı, bir də qohum-əqrəbadan başqa kimsə yoxdur. Elə boş-boş səs-küyləri, sosial şəbəkələrdə guruldamaqları var.Amma arzu edirəm ki, onun namizədliyi qeydə alınsın və siyasətdən bixəbər bu qocaman tarixçi seçkiyə rəsmi statusda qatılsın.Çünki mənim kimi bir çoxları Milli Şuranın 9 oktyabrda üzləşəcəyi rəzil və rüsvayçı durumu, o zövqverici mənzərəni canlı-canlı seyr etmək həvəsindədir”.
AZXEBER.COM