Milli Şuranın sədri Cəmil Həsənli Milli Şuradan gedəcəyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, o Milli Şura rəhbərliyindən getmək istədiyini deyib: "Mən 2014-cü ildən Milli Şuranın sədri vəzifəsindəyəm. Hesab edirəm ki, Milli Şuranın rəhbərliyində yeniləşmə olmalıdır. Milli Şuranın rəhbərliyində bu vəzifəni icra edə biləcək həm intellektual, həm siyasi təcrübə, həm də cəsarət baxımından çoxlu dostlar var".
Jurnalist Şəmşad Ağanın "Siz Milli Şura rəhbərliyindən getmək istəyirsinizmi?" sualına Cəmil Həsənli "Əlbəttə" cavabını verib.
Həmin videonu təqdim edirik: