Cəmil Həsənliyə kim səs verər? - VİDEO

SİYASƏT
12:40 29.08.2013
1880

Müxalif və iqtidaryönlü siyasətçilər Milli Şuranın prezidentliyə yeni namizədinin uğur qazanmaq imkanının olmadığını düşünürlər.

AZXEBER.COM xəbər verir ki, bu mövzuda fikirlərini bildirən siyasətçilər C.Həsənlinin şansını belə dəyərləndiriblər.“Avqustun 12-də prezidentliyə namizəd olmaqdan imtina edən şəxs on gündən sonra buna razılıq verdi. Onun prezident seçkilərində qalib gələcəyini iddia etməsi isə reallığı əks etdirmir.Çünki bu qısa müddətdə heç bir şəxs uğurlu kampaniya apara bilməz – heç bir ölkədə bu, mümkün olmayıb” - Açıq Cəmiyyət Partiyası (ACP) Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva bu fikirdədir.Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə düşünür ki, Milli Şuranın seçkiyə hansı namizədlə getməsi heç bir fərq etmir:“Cəmil Həsənlinin şəxsi olaraq elektoratı varmı? Cəmil Həsənli şəxs olaraq elektorata malik deyil. Onun elektoratı Milli Şuranın elektoratıdır.Milli Şuranın tərəfdarları Cəmil Həsənliyə səs verəcək. Cəmil Həsənlinin simasında ona səs verənlərin aşağı-yuxarı sayı Milli Şuranın ümumi elektoratının 0,5 faizindən yuxarı dəyişə bilməz”.Daha ətraflı məlumata bu süjetdə baxa bilərsiniz:

OXŞAR XƏBƏRLƏR