Cəmiyyət üçün "dünyaya uşaq gətirən" varlıqlar....

Cəmiyyət üçün "dünyaya uşaq gətirən" varlıqlar....
SOSİAL
17:22 06.02.2018
2459
Leyla Namazova

Ötən gün anamla dükana gedəndə yanında 6-7 yaşlı uşaq olan bir qadınla rastlaşdım. Ananın üzünün əzələləri bir qədər dartılmışdı, əsəbi olduğu açıq-aşkar sezilirdi. Səbəb sadə idi: uşaq hamının yanında ayağını yerə döyüb, "Çipsi” və "Pepsi” istəyir, qadın isə onun bu arzusunu yerinə yetirməkdən imtina edirdi.
 
Ananın səsi aləmi başına götürmüşdü: "Boğazında qalsın. Daha bəsdir, canımı boğazıma yığdın. Məndə pul yoxdur. Get, atandan pul al. Səni görüm öləsən. O zəhəri yeməsən ölərsən? Səni doğduğum günə qara daş düşəydi. Sənə də nifrət edirəm, o bivec atana da...”
 
Ana ilə uşaq arasındakı bu dava-dalaş hamını mütəəssir etmişdi. Uşaq başını aşağı salıb, hönkür-hönkür ağlayır, arabir pencəyinin qolu ilə gözünün yaşını silir, sonra yenə səsinə güc verirdi. Qadın ətrafdakı insanların onu kinli baxışlarla süzdüyünü görəndə, uşağı döyə-döyə dükandan bayıra çıxardı. Amma hirsi soyumadığı üçün səkidə ayaq saxlayıb, oğlunun başına daha bir qapaz ilişdirdi. Məni dəhşət bürümüşdü. Gözlərimə inana bilmirdim. Qadına heç cür bəraət qazandıra bilmirdim. Nəyinə bəraət qazandıracaqdım zatən?
 
Başa salmaq o qədər çətindi? Gərək o qədər insani keyfiyyətlərini itirəsən ki, uşaqla lazımsız əşya kimi, ən dəhşətlisi heyvan kimi davranasan. İlahi, necə analar varmış! Heç ana da övladına əl qaldırar?! Bəs uşaq psixoloji travma alsa, onun axırı necə olacaq?
 
Gələcəkdə bu balaca uşaq cəmiyyəti necə sevəcək, ay "ana”? Əgər qayğı göstərə bilməyəcəkdinsə, sevə bilməyəcəkdinsə, niyə dünyaya gətirirdin? Belə qadınlara ana deməyə adamın dili gəlmir. Axı analıq təkcə bioloji faktor deyil. Analıq - sevgidir, qayğıdır, nəvazişdir. Analıq - ən uca zirvədir. Heyf ki, bəzi "ana" lar bu sözün mənasını dərk etmir.
 
Bəziləri övladlarına əsl ANA ola bilmirlər. Hərdən mənim bu sözə heyfim gəlir. Hər "doğan" qadına da ana demək olmaz, onlar ana deyil... Cəmiyyət üçün "dünyaya uşaq gətirən" varlıqlardı".
 
Onların məqsədi dünyaya uşaq gətirib, "ana" statusu qazanmaqdı, vəssalam! Sonra isə uşağı döymək də olar, söymək də, hətta "uşaq mənimdir, özüm bilərəm, siz kimsiniz" - deyib, camaatın üzünə bozarmaq da....
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”