Son illərin aktual mövzularından olan boşanmaların sayının kəskin şəkildə artdığını müşahidə edirik. Bununla bağlı müəyyən araşdırmalar, sorğular aparılıb və bir çox səbəblər ortaya qoyulub.
Həmin müddəalar bunlardır:
Xarakter müxtəlifliyi:
Xəyanət:
Sevgisizlik və diqqətsizlik:
Maddi sıxıntılar:
Şiddət:
Zərərli vərdişlərə aludəçilik:
Bəzi ölkələrdə dinə görə boşanan ailələr mövcuddur. Məsələn: Xristian dininə görə 37%, buddist dininə görə 30%, yəhudi dininə görə 28%, müsəlman dininə görə 20%, hindu dininə görə 1% ailələrin boşandığını qeyd etmək olar. Göründüyü kimi boşanmaların müxtəlif səbəbləri var.
Təəssüf ki, ölkəmizdə də qeyd etdiyimiz səbəblər nəticəsində boşanmalar aybaay, hətta günbəgün çoxalmaqdadır.
Dövlət Statistika Komitəsinin göstəricilərinə görə, 1995-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5669, 2005-ci ildə 8895, 2011-ci ildə 10747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12088, 2015-ci ildə 12764 boşanma qeydə alınıb. 2024-cü ilin ilk ayında 1729 boşanma halları qeydə alınıb. 2023-cü ilin müvafiq ayı ilə müqayisədə boşanmaların sayı 1,6-dan 2,0-a qədər artıb.
Boşanma sayını və səbəbini dünya ölkələri ilə də müqayisə etdikdə heç də ürək açan olmadığını görürük.
Məsələn: Çexiyada 1960-cı ildə boşanma nisbəti 16 faiz olub. 2005-ci ildə bu nisbət qalxaraq 50 faizə çatıb. Hazırda isə boşanma nisbəti 66 faizə çatır. İş ondadır ki, İkinci Dünya müharibəsindən sonra çexiyalı qadınlar kütləvi surətdə evdar qadın olmaq statusundan imtina edərək işləməyə başlayıblar. Qadınlar nə qədər ərindən az asılı olursa, bir o qədər də boşanma halları artmaqdadır. İsveçdə rekord boşanma göstəricisi 2013-cü ildə qeydə alınıb. Burada 25100 insan nikahına son qoyub. Ölkədə bağlanan izdivacların 47 faizi boşanma ilə bitir.
Tədqiqatçıların apardığı araşdırmaya görə, boşanmaya daha çox qadınlar səbəb olur. Yaxşı inkişaf etmiş ölkədə qadınlar ərinin köməyi olmadan özünü maddi cəhətdən təmin etdiyi üçün daha sərbəst qərar qəbul edirlər. Portuqaliyada boşanma hallarının artması doğum sayının aşağı düşməsi ilə əlaqələndirilir. Günümüzdə Portuqaliya üçün boşanma nisbəti 68 faizdir. Hər gün ölkədə 70 ailə dağılır. ABŞ-də boşanma nisbəti 53 faizdir və ildən-ilə bu rəqəm daha da artır. Lakin burada maraqlı bir nüans var: bir vaxtlar evli olan insanlar daha tez boşanır. Buradan isə belə bir nəticə çıxır: birinci nikahdan 41 faiz, ikinci nikahdan 60 faiz, üçüncü nikahdan isə 73 faiz insan boşanır. Görünür ki, insanlar öz səhvlərindən nümunə götürmürlər.
Rusiyada boşanma nisbəti 51 faizdir. Boşanmaya daha çox yaşayış yerinin olmaması, maliyyə çətinlikləri və alkoqolizm səbəb olur. Yaşayış yerinin pis olması ən möhkəm ailəni belə dağıdır. Çünki evdə otaqların azlığı ailənin bir yerə toplaşmasına mane olur.
Ailə kiçik "dövlətdir”. Bu dövləti qoruyub və düzgün şəkildə idarə etməkdə isə məsuliyyət bizim üzərimizə düşür.
Aysel Nəcəfova