Türkiyənin sevilən aktrisası Cemre Baysel çəkiliş meydançasında iki nəfər tərəfindən zorakılığa məruz qalıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın setinə xəbərsiz girən şəxslər otağında dincələn aktrisanın uyğunsuz fotolarını çəkiblər.
Aktrisanın mühafizəyə xəbər verməsi ilə şəxslər ərazidən uzaqlaşdırılıb.
Onlar daha sonra setə aktrisanın adından 50 ədəd yemək sifariş ediblər.
Bununla da kifayətlənməyən cinayətkarlar aktrisanın anasına zəng edərək onu təhdid ediblər.
Bundan sonra Baysel polisə gedərək şəxslərdən şikayətçi olub.
Şəxslərdən biri yaxalanıb, digərinin axtarışları davam edir.
Aysel