"Cənab İlham Əliyev ən dəyərli resursumuzdur"

"Cənab İlham Əliyev ən dəyərli resursumuzdur"
21:43 09.08.2025
937
Tarix kitablarına və siyasi nəzəriyyələrə baxarkən hər bir siyasətçinin özünə verdiyi bir cavab olur ki, sanki o kitabların bütün səhifələrini də, nəzəriyyələrin təcrübəsini də tətbiq edən Azərbaycan xalqının əvəzsiz Lideri cənab İlham Əliyevdir. 

Xatırladığımız, gözümün önündən film kimi keçən səhnələrin başında isə dayanan yəqin ki, zənnimcə isə elə ən birinci məqam cani Robert Koçaryanla əbədi Liderimiz Heydər Əliyev arasında baş tutan dialoqlardır.  

Bu gün isə o səhnənin sonunu görürük. Gələcəyi ümidlərlə dolu olan sonunu.

"Ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm” fikrinə xor baxanların baxışlarını yanıldan Müzəffər Liderimiz cənab İlham Əliyev Cənubi Qafqaza heç zaman qismət olmağa icazə verilməyən bir ab-hava gətirir. "Erməni-müsəlman davası” deyə yaddaşlara hopdurulan o kirli süngər süzülür. 

Tarixin keşməkeşi qədər, həm də xalqımızın zəfər tağlarından keçərək.

ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş tavtologiyasız tarixidir. 

Tavtologiya olmayan, qürur duyula-duyula, üzərinə basıla-basıla təkrar edilməyə layiq, sinəmizi şişirdən başqa bir məqam cənab İlham Əliyev kimi bir resursa sahib olmağımızdır. Bəli, dövlət başçımız resursdur, siyasət dünyasının bütün yeraltı və yerüstü sərvətlərindən daha çox ehtiyac duyduğu Lider resursudur. 

Trampın dəvəti ilə reallaşan bu görüş, dövlət başçımızın, xalqımızın ünvanına səsləndirilən müsbət fikirlərin bir müəllifi var. Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə realizə edən bu müəllif Azərbaycanı dünyaya tanıdır.

ABŞ-la Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına böyük və fərqli impuls verəcək Strateji Tərəfdaşlıq Xartiyası sadəcə iki ölkə qarşısında deyil, regionumuz qarşısında böyük imkanlar açır. Dövlət başçımızın da bildirdiyi kimi itirilən dörd ili bərpa etmək üçün zaman itirmədən işlərə başlanılmalıdır. Bu istiqamətdə hər iki tərəf siyasi iradə nümayiş etdirir. 

Bir gün düşünsəydik ki, Azadlığa Dəstək Aktına 907-ci düzəliş ləğv olunacaq, yəqin ki, o da yuxu kimi gələrdi bizə. Lakin bu da reallıqdır. Bu da məhz Müzəffər Liderimizin yaratdığı reallıqdır. 

Azərbaycan Prezidenti zamanın fövqündə dayanmağı bilən, praqmatik siyasəti ilə seçilən dünya səviyyəli siyasətçidir. Bu baxımdan deyə bilərik ki, dövlət başçımız çox əvvəl Trampa dəstəyini ifadə etmişdi. Vaxtilə Azərbaycanın əleyhinə işləyən Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqalarının Azərbaycan əleyhinə bütün narrativləri yerlə bir oldu. Tökülən pullar bir gecədə göyə sovruldu. Çünki Ermənistan tərəfi özü bildirir ki, Konstitusiya dəyişikliyi qaçılmazdır. 

Bütün ermənipərəst təşkilatların da, media resurslarının da üstündən xətt çəkildi. Bu xətti çəkən də Müzəffər Liderimizdir. 
Beynəlxalq sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) tarixi nailiyyətdir.  

Bu bütün region ölkələrinin xeyrinə olacaq. Vaşinqtonda imzalanan sənəd Azərbaycanın sülh niyyətini bir daha bütün dünyaya sübut edir. Azərbaycan olmadan Ermənistanın tranzit ola bilməyəcəyi sübut edildiyi kimi. Cənubi Qafqazın xoşbəxt gələcəyinin Müzəffər Liderimiz İlham Əliyevdən başqa müəllifi olmadığı kimi.

Şəbnəm HƏSƏNOVA
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb