'Cənab prezidentin bu təşəbbüsü vətəndaşlara olan qayğının bariz nümunəsidir'

SİYASƏT
16:00 06.06.2013
3918

Xəbər verdiyimiz kimi bu gündən etibarən Azərbaycan prezidenti İlham Əliyevin “Facebook” səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaq.

Bu hadisə cəmiyyətdə, sosial şəbəkərlərdə böyük maraqla qarşılanıb. Prezidentin məlum statusuna 2 mindən çox insan tərəfindən "like" gəlib. AZXEBER.COM xəbər portalı məsələylə bağlı aktiv gənclərin mövqeyini öyrənib. 

İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu AZXEBER.COM-a açıqlamasında cənab prezidentin addımının təqdirəlayiq olduğunu bildirib: “Azərbaycanda 1 milyon “Facebook” istifadəçisi var. Bu, böyük bir rəqəmdir. Azərbaycan Prezidenti cəmiyyətin ən kiçik bir hissəsini də daim diqqətdə saxlayır. Əlbəttə ki, bu 1 milyona yaxın istifadəçi Prezidentin diqqətindən kənarda qala bilməzdi. Vətəndaşları maraqlandıran məsələlərlə bağlı xidmətin elan edilməsi “Facebook” istifadə edən vətəndaşların, deyərdim ki, burada çoxluq təşkil edən gənclərin düşüncələrinin, istəklərinin, problemlerinin daim diqqətdə olmasından xəbər verir.”

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev isə bu təşəbbüsün vətəndaşlarla məmurlar arasında bağlılığı artırdığını düşünür: “Bu, çox gözəl bir təşəbbüsdür. Vətəndaşlarla dövlət idarəçilərinin bir araya gəlməsinə imkan yaradır. Bu cür təqdirəlayiq addımlar məmur və vətəndaş münasibətlərinin daha da dəqiqləşməsinə zəmin yaradır. Bildiyimiz kimi bu gün ölkədə sosial şəbəkələrdən istifadə kifayət qədər aktualdır. Ölkə əhalisi yetəri qədər bundan yararlanır və bu cür təşəbbüslər sayasində vətəndaşlar problemlərini, onları maraqlandıran sualların cavabını birbaşa ölkə başçısına ünvanlayırlar. Bu bir növ operativliyi təmin edən bir prosesdir. Və bu tip hadisələr vətandaşların içində məmurlara qarşı güvəni daha da artırır." "İrəli" sədri həmçinin qeyd edib ki, cənab prezidentin sosial şəbəkələrdə aktiv olması çox təqdirəlayiq haldır: "Xüsusilə, “Youtube” kanalı, "İnstagram"da, “Twitter”də, “Facebook”da prezidentin aktiv olması vətandaşlara yaxınlığının əlamətidir.”

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova isə AZXEBER.COM-a verdiyi açıqlamada bu addımın gəncliyə göstərilən qayğının bariz nümunəsi olduğunu deyib: “Azərbaycan prezidenti cənab İlham Əliyevin son on ildə Azərbaycan gəncərinin inkişafı istiqamətində gördüyü işlər təqdirəlayiqdir. Bu cür addımlar bir daha onu sübut edir ki, Azərbaycan prezidenti üçün gənclik siyasəti prioritet məsələlərdəndir. Demək olar ki, bir çox Avropa ölkələrində belə bir təcrübə yoxdur. Və bu, Avropa ölkələri üçün çox gözəl bir nümunədir. Bu hadisəylə Azərbaycan Cənubi Qafqazda ilkə imza atdı. Bu həm də açıq cəmiyyətin, açıq hökümətin təzahürüdür. Bu cür məsələlərdə cənab prezidentin aktiv iştirakı birbaşa xalq və prezident arasında dialoqun daha da möhkəmlənməsidir. İnternet aləmi bizim məişət həyatımıza qədər təsir edib. Belə olan halda da Azərbaycan gəncinin prezidentə ünvanlamaq istədiyi suallarda düşünürəm ki, heç bir çətinlik qalmayacaq. Buna görə də gəncləri aktiv olmağa çağırıram. Cənab prezident hər zaman dünyada öz ilkləri ilə seçilir. Bu da dünyada bir yenilik oldu.”

Fatimə İbrahimova

OXŞAR XƏBƏRLƏR