Cəngəmiran kəndində yeni məktəb binası şagirdlərin ixtiyarında - FOTOLAR

Cəngəmiran kəndində yeni məktəb binası şagirdlərin ixtiyarında - FOTOLAR
SOSİAL
16:33 12.11.2025
116
Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən layihələr davam etdirilir.
 
AZXEBER.COM xəbər verir ki, yeni məktəblərin inşası və mövcud təhsil müəssisələrinin yenidən qurulması şagirdlər üçün rahat, təhlükəsiz və müasir tədris şəraitinin yaradılmasına xidmət edir. Lerik rayonu R.Nurullayev adına Cəngəmiran kənd tam orta məktəbinin 132 şagird yerlik yeni inşa edilən binası da bu istiqamətdə görülən işlərin davamıdır.

Layihə çərçivəsində zəruri infrastruktur tam yenilənib və müasir standartlara uyğunlaşdırılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün məktəbdə 12 sinif otağı, 1 məktəbəhazırlıq otağı, 2 laboratoriya, 2 əmək otağı, informatika və çağırışaqədərki hazırlıq kabinetləri, həmçinin kitabxana və oxu zalı fəaliyyət göstərir. 

Şagirdlərin hərtərəfli inkişafı üçün məktəbdə akt zalı, yeməkxana, idman zalı və açıq idman meydançası da inşa edilib, mühəndis-kommunikasiya sistemləri yenilənib, ətraf ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.

Yeni təhsil binasının istifadəyə verilməsi ilə Cəngəmiran kəndində şagirdlər üçün müasir, təhlükəsiz və standartlara tam uyğun təhsil mühiti formalaşdırılıb.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR