Dünya ulduzu Cennifer Lopez avqustda keçirilməsi planlaşdırılan Rusiyadakı konsertini təxirə salıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə Lopez Qərbin potensial reaksiyasına görə bu qərara gəlib.
3 ay əvvəl müğənni və komandası artıq Moskvada dəyəri azı 1 milyon dollar olan konsertlə bağlı razılığa gəlib tarix təyin etsə də, CeyLonun komandası daha sonra ölkədəki mövcud vəziyyəti nəzərə alaraq müğənninin reputasiya risklərinin çox yüksək olduğunu izah edərək konsertdən imtina edib.
Konsertin nə zaman keçiriləcəyi haqda isə heç bir açıqlama verilməyib.
Aysel