Cenk Tosun ən uğursuz transfer oldu: Baş məşqçi onu istəmir

Cenk Tosun ən uğursuz transfer oldu: Baş məşqçi onu istəmir
İDMAN
15:24 01.03.2018
1970

Qış fasiləsində "Beşiktaş"dan "Everton"a transfer olunan Cenk Tosunun İngiltərə karyerası qısa çəkə bilər.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, Premyer Liqada heç cür özünü tapa bilməyən türkiyəli hücumçunun mövsümün sonunda ya transfer olunduğu "Beşiktaş"a, ya da başqa komandaya icarəyə verilməsi gündəmdədi. Bu barədə məlumatı İngiltərə mətbuatı yayıb. Xəbərdə Liverpul təmsilçisinin baş məşqçisi Sem Ellerdaysın 26 yaşlı forvardın oyunundan narazı qaldığı, mövsümün sonunda onun başqa komandaya icarəyə verilməsini rəhbərlikdən tələb edəcəyi qeyd edilib.

 

Xatırladaq ki, "Everton"a 27 milyon avro qarşılığında transfer olunan Cenk, bu klubda ikisi əsas heyətdə olmaqla cəmi 4 matçda şans qazanıb, qol vura bilməyib.

OXŞAR XƏBƏRLƏR