Cenk Tosun: "Türk olduğumuz üçün xoşbəxtik"

İDMAN
11:38 08.07.2024
135
AVRO-2024 ilə vidalaşdıqdan sonra Türkiyəyə qayıdan Cenk Tosun hava limanında mətbuata açıqlama verib. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu çox xoşbəxt və qürurlu olduqlarını bildirib:

"Birlik və bərabərlik ən yüksək səviyyədə idi. Düşünürəm ki, çox yaxşı turnir keçirdik. Təbii ki, finalda oynamaq istəyirdik, özümüzə köklənmişdik. Təəssüf ki, Hollandiya matçında uğursuz bir məğlubiyyət aldıq. Buna baxmayaraq, bütün ölkəni sevindirdiyimiz, türk olduğumuz üçün xoşbəxtik. İnşallah, 2026-cı il dünya çempionatının seçmə mərhələsində turnirdə olmaq istəyirik. Gənclərimiz daha yaxşı işlər görəcək".

Xatırladaq ki, Türkiyə AVRO-2024-ün 1/4 final mərhələsində Niderlanda məğlub olaraq turnirlə vidalaşıb.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR