"Cənnətdə onunla qovuşmaq ən böyük arzumdur" - Sevil Nuriyeva

"Cənnətdə onunla qovuşmaq ən böyük arzumdur" - Sevil Nuriyeva
SOSİAL
17:37 26.09.2018
3824
Jurnalist Sevil Nuriyeva bir neçə gün əvvəl Türkiyədə qətlə yetirilən həyat yoldaşı Etimad İsmayılov haqda paylaşım edib.

AZXEBER.COM-un məlumatına görə, mərhum həyat yoldaşının fotosunu "Facebook” səhifəsində paylaşaraq bunları yazıb:

"Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Sonda "Divan”a çıxacağıq. Mənim Etimadım mərd doğuldu, mərd kişi kimi bu aləmi tərk etdi.

Cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzumdur. Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi. Mən ondan razıyam, dostları, iş gördüyü namuslu insanlar, qohumları ondan razıdır. Ağzı oruclu, qüsullu, ən son gün zəkat verərək dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə - sənə söz verirəm – hamısı olacaq...
Bu gün dostlarından, dostlarımdan mülk və yasin surəsi oxumasını xahiş edirəm. Məni tək qoymayan, dualar edən, başsağlığı verən, mənim çiynimə çiynini söykəyən həqiqi dostlarımıza təşəkkür edirəm. Allah sizləri qorusun və dərd verməsin.

Bu dünyada nəfəsim bədənimdən çıxan günə qədər Allah üçün, məfkurəm üçün, mübarizəm üçün, Etimadım üçün, İlyasım üçün, dostlarım üçün yaxşı olmağa, mərd olmağa, mərhəmətli olmağa davam edəcəyəm. Acım dərindir və heç vaxt azalmayacaq.

Amma cənnətdə qovuşanadək dua edəcəyəm, Etimad. Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım.
İlyasa qoyduğun ən qiymətli miras budur. Məni gözlə, əzizim, vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”.

Sənə alçaqcasına, qorxaqcasına, şərəfsizcəsinə hücum edən murdar isə hər iki dünyada bimar olacaq. Allahın ədalətinə sonsuz şükürlər olsun. Və Türkiyə dövlətinin ədaləti hər şeyi, şübhəsiz, ortaya çıxaracaq. Qanımızı axıdan bişərəfin, namussuzun cəzasını ilahi ədalətə və Türkiyə dövlətinin ədalətinə buraxıram”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
18:27 22.08.2025
“Türkmənistanın belə bir təşəbbüs göstərməsi türk dünyasını güc mərkəzinə çevirəcək”
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
18:22 22.08.2025
Almaniya Fələstinin tanınması prosesini səmərəsiz addım adlandırıb
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
18:10 22.08.2025
Hakerlər İranın onlarla neft tankerinin sistemlərini sıradan çıxarıb
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
17:46 22.08.2025
Rus bölməsində "Azərbaycan tarixi"nin Azərbaycanca keçilməsi şagirdlərə nə verəcək? - AÇIQLAMA
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
17:34 22.08.2025
Lavrov: Zelenski hər şeyə "yox" cavabı verdi
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
17:24 22.08.2025
NATO Baş katibi Ukraynada Zelenski ilə görüşüb
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
17:13 22.08.2025
Abşeronda boya sexində baş verən yanğında 6 nəfər tüstüdən zəhərləndi
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
17:03 22.08.2025
Aİ komisarı: Qəzzada aclıq "qıtlıq" səviyyəsinə çatıb
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
16:58 22.08.2025
Astarada 47 yaşlı qadın öldürüldü - Oğlu axtarılır
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
16:57 22.08.2025
Lənkəranda qadının üzərinə beton pilitə aşıb
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
16:38 22.08.2025
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
16:35 22.08.2025
Liviyanın Prezident Şurasının Sədri Azərbaycan liderinə məktub ünvanlayıb
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
16:30 22.08.2025
Kolumbiyada bombalı hücum: 6 ölü, 60 yaralı
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
16:19 22.08.2025
Rəqəmsal dünyada Türkiyə imzası – GoTürkiye sosial şəbəkələrdə aparıcı turizm platformasına çevrilib
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
16:15 22.08.2025
Özbəkistan Prezidenti Zəngəzur dəhlizinin inkişafı üçün konkret təkliflər irəli sürdü
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu
16:07 22.08.2025
Kərbəlaya gedən zəvvarları aldadıb yarıyolda qoyan şəxs tutuldu