Dünya şöhrətli müğənni Cennifer Lopez “Bakı Crystal Hall”da konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Konsertə qonaq qismində qatılan tanınmış müğənni və bəstəkar Emin Ağalarov sonuncu işıq üzü görən və artıq dünyanın bir çox ölkələrində məşhurlaşmış “After the Thunder” albomuna daxil olan sevilən mahnıları tamaşaçılara təqdim edib.