Cennifer Lopez 'Gənclik' metrosunun yanında - FOTO
MAQAZİN
18:54 21.09.2012
5201
Bu gün gecə saatlarında dünya ulduzu J.Lo öz komandası ilə Bakıya gəlib. 60 nəfərlik komanda ilə paytaxtımızda qonaq olan Cenifer tamaşaçılar üçün eksklüziv şou nümayiş etdirəcək. Lopez sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Bakı Kristal Zalı”nda çıxış edəcək. Konsert proqramı saat 21:00-da başlayacaq. Hazırda isə ulduz "Gənclik" metrosunun yaxınlığında Tofiq Bəhramov adına stadionda məşq edir. /show.az/