CENTCOM: İranla müharibədə 200 ABŞ hərbçisi yaralanıb

CENTCOM: İranla müharibədə 200 ABŞ hərbçisi yaralanıb
DÜNYA
00:42 17.03.2026
64
İranla müharibədə indiyə qədər 200 ABŞ əsgəri yaralanıb ki, onlardan 10-unun vəziyyəti ağırdır.

"Abc News”un məlumatına görə bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü kapitan Tim Houkins bildirib.

O yaralanan 200 hərbçidən 180-inin artıq xidmətə qayıtdığını deyib.

Ordu rəsmisinin sözlərinə görə, xəsarətlər əsasən yanıqlar, travmatik beyin xəsarətləri və qəlpə yaralarından ibarətdir.

/APA
OXŞAR XƏBƏRLƏR