Cənubi Afrikada atışma nəticəsində 10 nəfər ölüb

Cənubi Afrikada atışma nəticəsində 10 nəfər ölüb
DÜNYA
11:31 21.12.2025
94
Cənubi Afrikanın Yohannesburq şəhəri yaxınlığında baş verən atışmada on nəfər ölüb, on nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Agence France-Presse” agentliyi polisə istinadən məlumat yayıb.

"Yohannesburq yaxınlığındakı bir kənddə baş verən atışmada naməlum silahlı şəxs on nəfəri öldürüb, on nəfəri isə yaralayıb", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisənin motivi hələ də məlum deyil.
 
/apa
OXŞAR XƏBƏRLƏR