Cənubi Afrika Respublikasının "Durban Siti" klubunun futbolçusu Sinamandla Zondi vəfat edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi 22 yaşında həyatını itirib. O, aprelin 22-də II Liqada "Milford"a qarşı keçirəcəkləri oyundan əvvəl isinmə hərəkətləri zamanı yıxılıb. Oyunçu xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Sinamandla Zondi 2021-ci ildə peşəkar debütünü gerçəkləşdirib.
///report