Cənubi Amerika ölkəsi olan Argentinada 6.6 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
6.6 bal gücündə zəlzələnin episentrinin ölkənin cənubundakı Neuken əyalətindəki Loncopue şəhərindən 25 kilometr cənub-şərqdə olduğunu açıqlayıb.
Zəlzələ Argentina ilə qonşu olan Çilinin mərkəzi və cənub bölgələrində də hiss olunub.
Qeyd edək ki, 171 kilometr dərinlikdə meydana gələn zəlzələdə ilk təsbitlərə görə can və mal itkisi yaşanmayıb.
Mikayıl