COVİD-19 epidemiyası Cənubi Amerika ölkələrində yayılmağa və can almağa davam edir.
AZXEBER.COM Qərb mediasının araşdırmasına əsasən xəbər verir ki, son 24 saatda Braziliyada 434, Meksikada 272, Argentinada 64, Kolumbiyada 121, Peruda 45, Çilidə 40 və Qvatemalada 34 nəfər epidemiya səbəbindən ölüb.
Latın Amerikası ölkələrində yeni növ koronavirus səbəbindən itkilər artmaqda davam edir.
Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində 434 nəfərin ölümü ilə ölənlərin ümumi sayı 569 min 492-ə çatıb.
ABŞ-dan sonra dünyada ən çox COVİD-19 ölümünün görüldüyü Braziliyada sağalanların sayı 19 milyon 255 min 927 olaraq açıqlanıb.
Meksika Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində COVİD-19 səbəbiylə 272 nəfər ölüb, 7 min 172 yeni yoluxma qeydə alınıb.
COVİD-19 məlumatlarının toplandığı "Worldometers" saytının məlumatına görə, əhalisi 126 milyonu keçən Meksika, "dünyanın ən çox yoluxduğu 15-ci ölkə" mövqeyindədir.
Argentina Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saat ərzində COVİD-19 səbəbiylə ölənlərin ümumi sayı 64-ə çatıb. 3 min 636 adamda virus aşkar edilib.
Argentina, dünyada ən çox yoluxma sayına malik 8 -ci ölkədir.
Braziliya Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saatda 434 nəfərin ölümü ilə ölənlərin sayı 569 min 492 -ə, pozitiv testlə isə 20 milyon 378 min 570 -ə yüksəlib.
ABŞ-dan sonra dünyada ən çox COVİD-19 ölümünün görüldüyü Braziliyada sağalma sayı 19 milyon 255 min 927 olaraq açıqlanıb.
Kolumbiya Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara görə, epidemiyada son 24 saat ərzində 121 nəfər ölüb,ümumi ölənlərin sayı isə 123 min 580 ə yüksəlib.
Əhalisi 50 milyona yaxınlaşan Kolumbiya, "dünyada ən çox yoluxma halına malik 9-cu ölkə" mövqeyindədir.
Peru Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində COVİD-19 səbəbiylə 45 nəfər ölüb və 211 yeni virus aşkarlanıb.
Virusa yoluxanların sayı 2 milyon 134 min 365, ölənlərin sayı 197 min 487, sağalanların sayı isə 2 milyon 103 min 46-ya yüksəlib.
Çili Səhiyyə Nazirliyinin açıqlamasına görə, COVİD-19 səbəbiylə ölənlərin sayı 36 min 420-ə yüksəlib.
Qvatemala mətbuatının verdiyi məlumata görə, son 24 saat ərzində COVİD-19 səbəbiylə 34 nəfərin ölümü səbəbindən ölənlərin sayı 11min 189-a, yeni yoluxanların sayı isə 413 min 797-ə yüksəlib.
Ayşən
Ayşən