Braziliya Venesuela ilə Qayana arasındakı münaqişə səbəbindən şimal sərhədində hərbi varlığını artırıb.
Braziliyanın Müdafiə Nazirliyi qonşu ölkələr Venesuela və Qayana arasındakı ərazi mübahisəsini yaxından izləyən ölkənin şimal sərhədində müdafiə fəaliyyətini gücləndirdiyini açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, bəyanatda deyilir: "Müdafiə Nazirliyi vəziyyəti izləyir. Ölkənin şimal sərhədində müdafiə fəaliyyəti gücləndirilib və hərbi mövcudluq artırılıb".
Venesuela ilə Qayana arasında neftlə zəngin "Esequiba" bölgəsi ilə bağlı gərginliyin artması ilə Braziliya hərbi resurslarının daha çox hissəsini şimala köçürüb.
İki ölkə arasında "Esequiba” ilə bağlı mübahisə uzun müddətdir davam etsə də, Venesuela son illərdə Qayana dəniz sərhədi yaxınlığında neft və təbii qaz kəşf etdikdən sonra yenidən "Esequiba” iddiasına başlayıb.
Ayşən