Cənubi Koreya ABŞ ilə mümkün nüvə təlimlərindən danışıb

Cənubi Koreya ABŞ ilə mümkün nüvə təlimlərindən danışıb
DÜNYA
19:11 02.01.2023
292
Cənubi Koreya və ABŞ Birləşmiş Ştatların nüvə güclərindən istifadə etməklə mümkün birgə təlimi müzakirə edirlər.

Bu barədə Cənubi Koreya prezidenti Yun Sok-yeol "The Chosun Ilbo” qəzetinə müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, iki dövlətin nümayəndələri danışıqlar aparır, onlar təlimlərin birgə planlaşdırılması ilə məşğuldurlar:

"Nüvə silahları ABŞ-yə məxsusdur, lakin Cənubi Koreya və ABŞ məlumatları paylaşmalı, təlimləri birlikdə planlaşdırmalı və keçirməlidir”.

O qeyd edib ki, ABŞ və Cənubi Koreya hakimiyyəti Şimali Koreyadan (KXDR) gələn nüvə təhlükəsinə qarşı mübarizə çərçivəsində belə bir qərar qəbul edə bilər.

Yun Sok-yeol vurğulayıb ki, təlimlər ABŞ tərəfindən genişləndirilmiş çəkindirmə tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsi üçün planlaşdırılıb.
OXŞAR XƏBƏRLƏR