Cənubi Koreya kəşfiyyatı fövqəladə vəziyyət rejiminə keçib

Cənubi Koreya kəşfiyyatı fövqəladə vəziyyət rejiminə keçib
DÜNYA
18:35 23.12.2023
163
Koreya Respublikasının Milli Kəşfiyyat Xidməti mümkün təxribatlarla əlaqədar fövqəladə vəziyyət rejiminə keçib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Yonhap” məlumat yayıb.

"Şimali Koreya yalan məlumatların yayılması ilə ictimai rəydə parçalanma yaratmağa cəhd edə bilər. Genişmiqyaslı kiberhücumlar və pilotsuz uçuş aparatlarının hücumları kimi aşağı intensivlikli təxribatların baş verməsi ehtimalı var", - məlumatda bildirib.

Qurum Koreya Xalq Demokratik Respublikasında (KXDR) gecə-gündüz müşahidə aparacaq və əsas təhlükəsizlik obyektlərində yoxlamalar həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR