Cənubi Koreya prezidenti vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol dekabrın 3-də qısamüddətli hərbi vəziyyət elan edilməsi ilə bağlı aparılan istintaq çərçivəsində yenidən ifadə verməyə çağırılıb.
AZXEBER.COM xarici mediaya istinhadən xəbər verir ki, prokurorluq bundan əvvəl ifadə verməkdən imtina edən Yoonun ikinci dəfə dindirilməyə çağırıldığını bildirib.
Bu arada Cənubi Koreya Konstitusiya Məhkəməsi Yoonun impiçmenti ilə bağlı ilk ilkin dinləmənin dekabrın 27-də keçiriləcəyini açıqlayıb.
Çevrilişə cəhd və vəzifə səlahiyyətlərindən sui-istifadə şübhələri ilə aparılan istintaqda Yoon hərbi vəziyyətin elan edilməsi ilə bağlı çevriliş cəhdinin rəhbəri olmaqda ittiham olunur.
Cəmalə