Cənubi Koreya qəzaya uğramış təyyarənin səs yazısının stenoqramını tərtib edəcək

DÜNYA
18:58 04.01.2025
155
Cənubi Koreya qəzaya uğramış təyyarənin səs yazısının stenoqramını tərtib edəcək.

Bu barədə "Reuters" məlumat yayıb.

Qeyd edilib ki, müstəntiqlər Cənubi Koreyada dekabrın 29-da qəzaya uğrayan "Boeing 737-800” təyyarəsinin qalıqlarından çıxarılan səsyazıcının tam stenoqramını tərtib etməyə çalışırlar.

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyada "Jeju Air”in təyyarəsi Muan hava limanında qəzaya uğrayıb, nəticədə 179 nəfər həlak olub.

OXŞAR XƏBƏRLƏR