Cənubi Koreya: Şimali Koreya bir neçə ballistik raket buraxıb

Cənubi Koreya: Şimali Koreya bir neçə ballistik raket buraxıb
DÜNYA
11:44 10.03.2025
179
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Şimali Koreyanın Sarı dəniz istiqamətində çoxsaylı ballistik raketlər atdığını iddia edib.
 
AZXEBER.COM xarici mətbuata oistinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahı məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 13:50 radələrində Hvanqhae bölgəsindən Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atdığı iddia edilib.

Cənubi Koreya ordusunun ABŞ-la koordinasiyalı şəkildə hadisələri izlədiyi və hazır vəziyyətdə olacağı qeyd edilib.

Digər tərəfdən, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn regional təhlükələrə qarşı birgə müdafiə imkanlarını gücləndirmək üçün bu gün "Azadlıq Qalxanı 2025” təliminə başlayıb.

Şimali Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada birgə hərbi təlimlər pislənərək təhlükəli təxribat xarakterli hərəkət kimi qiymətləndirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR