Cənubi Koreya Şimalın Rusiyaya göndərdiyi qoşunları geri çəkməyə çağırıb

DÜNYA
15:35 21.10.2024
138
Cənubi Koreya Şimali Koreyanın Ukraynaya göndərdiyi qoşunları geri çəkməyə çağırıb.
 
AZXEBER.COM "Yonhap" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
 
Belə ki, bəyanat əsasında xarici işlər nazirinin müavini Kim Honq-kyun Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi nazirliyə çağırıb.

Görüş zamanı Kim Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın Cənubi Koreya və beynəlxalq ictimaiyyət üçün "ciddi təhlükə” yaratdığını və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu müdafiə edib.

Şimali Koreyanın Rusiyaya göndərdiyini iddia etdiyi hərbi hissələrin "dərhal geri çəkilməsinə” çağıran Kim, bu iki ölkə arasındakı hərbi əməkdaşlığı "qətlə” pisləyib.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) oktyabrın 18-də verdiyi açıqlamada Şimali Koreyanın Rusiyaya dəstək olmaq üçün Ukraynaya yerləşdirilmək üçün təxminən 10 min əsgər göndərəcəyi iddia edilmişdi.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR