Cənubi Koreya və ABŞ “F-35A” qırıcıları ilə birgə təlim keçirib

Cənubi Koreya və ABŞ “F-35A” qırıcıları ilə birgə təlim keçirib
DÜNYA
19:04 23.02.2024
153
Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələri "F-35A” qırıcılarının iştirakı ilə birgə təlim keçirib.

Bu barədə koreyalı hərbçilər bildirib.

Məlumata görə, hərbi təlim Cənubi Koreyanın ərazisində keçirilib. Bildirilib ki, Cənubi Koreyadakı ABŞ hərbi kontingentinin silah arsenalında "F-35A” yoxdur. Koreyalılar tərəfdən "F-35А”, "KF-16”, "F-15K” və başqa aviatexnika nümunələri iştirak edib.

İnformasiyaya əsasən, tərəflər şərti düşmənin təyyarələrini və qanadlı raketlərini ələ keçirmək üçün müdafiə üzrə tapşırıqları yerinə yetiriblər.

Bildirilib ki, fevralın 14-də Şimali Koreya yeni tipli "Padasuri-6” ("Orlan-6”) gəmi əleyhinə raketi sınaqdan çıxarıb. Rəsmi Pxenyan yanvarın 30-da "Hvasal-2” ("Strela-2”) strateji qanadlı raketinin sınağını uğurla həyata keçirdiklərini bildirib. Yanvarın 28-də isə onlar "Pulhvasal-3-31” ("Fire Arrow-3-31”) yeni sualtı qanadlı raketlərini sınaqdan keçirib.

Cənubi Koreya mediası bildirib ki, "Pulhvasal-3-31”-in adındakı 31 rəqəmi "Hvasan-31” ("Vulkan-31”) taktiki nüvə başlığının quraşdırılması deməkdir.
 
///Report
OXŞAR XƏBƏRLƏR