Cənubi Koreya və ABŞ razılığa gəldi - nüvə yanacağı müəssisəsi yaradılacaq

Cənubi Koreya və ABŞ razılığa gəldi - nüvə yanacağı müəssisəsi yaradılacaq
DÜNYA
15:55 03.12.2025
56
Cənubi Koreya prezidenti Li Ce Myunq ABŞ prezidenti Donald Trampla birlikdə ölkədə işlənmiş nüvə yanacağının təkrar emalı və uran zənginləşdirmə fəaliyyətləri üçün birgə müəssisə yaratmaq barədə razılığa gəldiklərini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, Cənubi Koreyanın "The Chosun Daily" qəzetinin məlumatına görə, Li paytaxt Seulda keçirilən mətbuat konfransında ölkəsinin nüvə sahəsindəki irəliləyişlərindən danışıb.

Li qeyd edib ki, Tramp Cənubi Koreyada işlənmiş nüvə yanacağının təkrar emalı və uran zənginləşdirmə fəaliyyətlərinin aparılmasını və iki ölkə arasında 50/50 nisbətində birgə müəssisənin yaradılmasını təklif edib.

Li həmçinin bildirib ki, Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqların inkişaf planı 29 oktyabrda Trampla imzalanmış müqavilənin bir hissəsi olaraq ABŞ-nin təsdiqini alıb.

İki ölkə arasında imzalanmış ticarət və təhlükəsizlik müqavilələri üzrə birgə memorandumda həmçinin Cənubi Koreyanın nüvə enerjisi ilə işləyən sualtı qayıqlar tikmək planının və işlənmiş nüvə yanacağının təkrar emalı təklifinin ABŞ-ın təsdiqini tələb edən yeni təhlükəsizlik müqavilələri də yer alıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR