Cənubi Koreyanın xarici işlər naziri Ço Te Yol ukraynalı həmkarı Andrey Sıbiqa ilə telefon danışığı zamanı şimali koreyalı hərbi əsirlərin repatriasiyası məsələsini müzakirə ediblər.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, söhbət zamanı Ço Te Yol qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş şimali koreyalı hərbçilər Cənubi Koreya Konstitusiyasına əsasən ölkə vətəndaşları hesab olunurlar və istəsələr, sığınacaq ala bilərlər.
Qeyd olunub ki, Ukrayna hərbçiləri yanvar ayında Kursk vilayətində döyüş əməliyyatları zamanı iki şimali koreyalı hərbçini əsir götürüblər.