Cənubi Koreyada avtomobil körpüsü uçdu: ölən və yaralananlar var

DÜNYA
10:39 25.02.2025
178
Cənubi Koreyada tikilməkdə olan magistral körpü uçub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki,  Cənubi Koreyada tikiləmkdə olan körpünün uçması  faciəvi qəzaya səbəb olub. Tikintisi davam edən magistral körpünün uçması nəticəsində 3 fəhlə həyatını itirib, 5 nəfər isə yaralanıb.
 
Yerli hakimiyyət orqanlarının məlumatına görə, insident yerli vaxtla saat 09:50 radələrində Seuldan təxminən 80 kilometr cənubda, Çeonan şəhəri yaxınlığında baş verib.

Qəzanın dəqiq səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR