Cənubi Koreyanın cənub-şərqindəki Pohanq şəhərində 4 nəfərin olduğu dəniz patrul təyyarəsi dağlıq əraziyə düşüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hərbi patrul təyyarəsi saat 13:50 radələrində yerə çırpılıb. Hadisədən sonra yerli sakinlər Pohangda dağlıq ərazidən tüstü qalxdığını bildiriblər.
Pohang şəhər rəsmisi bildirib ki, "Biz qəzanın dəniz təyyarəsi olduğunu təsdiqləmişik. Qəza və itkiləri araşdırırıq".
Qəzaya uğrayan hərbi təyyarədəki 4 nəfərin taleyi və qəzanın səbəbi ilə bağlı hələlik məlumat paylaşılmayıb.
Gülay