Cənubi Koreyada davam edən şiddətli isti hava şəraiti səbəbindən həyatını itirənlərin sayı 13-ə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Yonhap xəbər agentliyi məlumat yayıb.
Cənubi Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) verdiyi açıqlamaya görə, may ayından bəri isti hava ilə əlaqədar sağlamlıq problemləri yaşayan 2 min 768 nəfər təcili yardım şöbələrinə müraciət edib.
Həmin şəxslərdən 13-ü həyatını itirib. Ötən ilin eyni dövrü ilə müqayisədə istilərlə bağlı xəstə sayı təxminən 2,6 dəfə, ölüm halları isə 3 dəfədən çox artıb.
Hazırda ölkə üzrə bir çox bölgədə istiliklə bağlı xəbərdarlıq qüvvədədir. Mütəxəssislər hava dalğasının yaxın günlərdə daha da şiddətlənəcəyi barədə xəbərdarlıq edirlər.
Oksana