Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində baş verən, çoxsaylı insan ölümü ilə nəticələnən izdihamla əlaqədar milli matəm elan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Seulun mərkəzindəki Hellouin bayramının qeyd edilməsi zamanı yaranan izdihamda yüzlərlə insan ölüb.
Məlumata görə, Seulun mərkəzində Hellouin şənliyində baş verən izdiham nəticəsində 151 nəfər ölüb, 150 nəfər yaralanıb, 300-dən artın şəxsin taleyi barədə isə məlumat yoxdur.