Cənubi Koreyada təlim zamanı iki KF-16 qırıcısının səhvən təlim poliqonundan kənarda səkkiz "hava-yer" tipli bomba atması nəticəsində 15 nəfər yaralanıb.
AZXEBER.COM "Report"a isttinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Xəsarət alanlar arasında iki xarici vətəndaş da var.
Partlayış Seuldan təxminən 40 kilometr şimalda yerləşən Poçxon kəndinin üzərində baş verib. Kilsə və digər yeddi bina zərər görüb.