Cənubi Koreyada təyyarə yanğınında yaralananların sayı artdı

Cənubi Koreyada təyyarə yanğınında yaralananların sayı artdı
DÜNYA
12:21 29.01.2025
193
Ötən gün Busan hava limanından Honq-Konqa uçan Air Busan təyyarəsinin quyruq hissəsində yanğın baş verib.

AZXEBER.COM xarici mətbuata səlahiyyətlilər yanğında yaralananların sayının 7-yə yüksəldiyini açıqlayıb.
 
Yaralılardan 4-nün tüstüdən təsirlənən personal, digər 3-nün isə bel ağrılarından şikayətçi sərnişinlər olduğu bildirilib.

Digər tərəfdən, Cənubi Koreyanın prezidenti səlahiyyətlərini icra edən baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok səlahiyyətlilərə insidentin araşdırılmasını tapşırıb.

Gülay
OXŞAR XƏBƏRLƏR