Cənubi Osetiyada Rusiyanın birləşməsinə dair referendum dayandırılıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Gürcüstandan birtərəfli olaraq müstəqilliyini elan edən və Rusiyanın dəstəklədiyi Cənubi Osetiyada iyulun 17-də birbaşa Rusiyaya birləşmək üçün referendumun keçirilməsi qərarı dayandırılıb.
Qondarma Cənubi Osetiya Rəyasət Heyətinin yaydığı bəyanatda bildirilir ki, yeni seçilmiş qondarma prezident Alan Qaqloyev iyulun 17-də Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsini dayandıran fərman imzalayıb.
Bəyanatda keçmiş qondarma prezident Anatoli Bibilovun mayın 13-də imzaladığı fərmanın qeyri-müəyyən müddətə dayandırıldığı və sözügedən qərarın bunu ilk növbədə Rusiya tərəfi ilə müzakirə etmək məqsədilə verildiyi bildirilib.
Ayşən