Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə

Cənubi Qafqazda sülh və təhlükəsizliyə böyük töhfə
SİYASƏT
10:49 04.05.2024
923
Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və dini-mənəvi dəyərlərə dərin ehtiramın ifadəsinə çevrilən bir ölkə kimi tanınır.
 
AZXEBER.COM xəbər verir ki, son illər ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər bir daha sübüt edirki, Azərbaycan dünyanın mədəni həyatının əsas mərkəzlərindən biridir. Ölkəmiz həmçinin, regional lider kimi qlobal problemlərin həllində platforma rolunu oynayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanda mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər ölkəmizin qlobal arenada nüfuzunu artırmaqla yanaşı, xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir.

Mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. İldən-ilə tədbir iştirakçılarının artan say tərkibi və onların təmsil etdikləri ölkələrin qlobal probemlərin həllində fəal iştirakı bütün dünyanın diqqətini Azərbaycana yönəldir. Bu, həm də onu təsdiqləyir ki, Forum çox mühüm beynəlxalq platformadır. 

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə baş tutmuşdur. Elə həmin ilin 27 may tarixində cənab Prezident İlham Əliyevin imzaladığı Fərmanla Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildə bir dəfə Azərbaycanda keçirilməsi qərara alınıb. III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilib. Forumda ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 may - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr edilən layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin rolu ətrafında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 110 ölkənin nümayəndəsinin iştirak etdiyi Forumun açılış mərasimində çıxış edərək qeyd etdi ki, "Bakı Prosesi” mə¬də¬niy¬yət¬lərarası dialoqun dönməzliyinə xidmət edir, Azərbaycanın təşəbbüsü ilə ziyalılar, siyasət¬çilər, qə¬rar qəbul edənlər, media nümayəndələri, vətəndaş cəmiyyətinin nümayəndələri eyni düşüncə ətrafında fikir mübadiləsi naminə bir araya gətirilib. Çıxışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyev vurğuladı ki, əsrlər boyu Azərbay¬can mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb. Çoxmədə¬niy-yətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyər¬ləri - tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub.

Azərbaycan dünyanın elə dövlətlərindəndir ki, bu dövlət tolerantlığı ilə, bəşəriliyi ilə, dün¬yəvi mədəniyyət nümunələri ilə, zəngin təbiəti ilə tanınır. Bu tanınma təkcə ehtiram yaratmır, hərdən məqsədyönlü münasibətin də başlanğıcı olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, "Bəzi insanlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi ma¬raqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”.

Azərbaycan xalqı tarix boyu bəşəri cinayətlərə məruz qalmış, müxtəlif dövrlərdə əraziləri işğal olunmuşdur. Xüsusilə 30 ilə yaxın işğal dövründə ərazilərimizdən müxtəlif cinayətlər üçün istifadə edən, burada qanunsuz yaşayışa rəvac verən, ekoloji, ideoloji, milli və dini terrorizimi həyata keçirən Ermənistanın beynəlxalq hüquqazidd bu özbaşınalığına bəzi güc mərkəzləri göz yumublar. Bu müddət ərzində ermənilər öz nəzarətlərində saxladıqları ərazilərdə mövcud olan 68 dini abidənin, demək olar ki, hamısını dağıdıb və yaxud təhqirlərə məruz qoyublar. Məhz digər xalqların bu cür bəlalara dücar olmaması üçün ümid işığı olan Azərbaycan daim mədəniyyətlərarası dialoqu möhkəmləndirməyə xüsusi önəm verir.

"Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniy¬yət¬lə¬rarası Dialoq Forumu dünyada sülhün bərqərar olması istiqamətində mühüm əhəmiyyətə malik olacaqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün xoş xəbər alacaq 3 bürc
10:53 07.10.2026
Bu gün xoş xəbər alacaq 3 bürc
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
10:52 07.10.2026
"Der Spiegel" və digər xarici KİV-də yayılan iddialara Azərbaycandan reaksiya
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
10:48 07.10.2026
İtkin düşmüş heç bir vətəndaşımız unudulmur - İlham Əliyev
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
10:41 07.10.2026
Radius “Canlı əfsanələr” layihəsinin 2026 kolleksiyasını Qurban Qurbanova həsr edir
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
10:16 07.10.2026
Qadınlara ödənilən müavinətlə bağlı mühüm dəyişikliklər - 8 min manat...
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
10:00 07.10.2026
Əli Nağıyev: Hazırda Azərbaycanın itkin düşən şəxslərinin sayı 4010 nəfərdir
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
09:53 07.10.2026
Gəmidə həlak olan Rüstəm Həsənov polkovnik imiş
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
09:48 07.10.2026
Azərbaycanda yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
09:45 07.10.2026
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
09:44 07.10.2026
Azərbaycan Britaniya ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirə bilər
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
09:41 07.10.2026
Bakıda avtobusla minik avtomobili toqquşdu: sürücü sıxılmış vəziyyətdə qaldı - VİDEO
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
09:36 07.10.2026
Messi Argentina millisində 126-cı qolunu vurdu, Ronaldo 146 qolla öndədir
Bakı sakini İsmayıllıda bıçaqlanıb
09:30 07.10.2026
Bakı sakini İsmayıllıda bıçaqlanıb
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
09:25 07.10.2026
Husilər Ər-Riyad beynəlxalq hava limanını ballistik raketlərlə vurdular
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
09:20 07.10.2026
“Neftçi”nin futbolçusu Messiyə xüsusi hədiyyələr təqdim etdi
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq
09:14 07.10.2026
76 ilin iqlim rekordu qırıla bilər - “El Nino” ilə bağlı xəbərdarlıq