“Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal - Video

“Cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” - AQTA və qəssablar arasında qalmaqal - Video
SOSİAL
18:14 25.10.2025
765
Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib.
 
AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub.
Onlardan biri qurum əməkdaşlarına "cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” ,- deyərək etiraz edib.
"Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan. 30 manat, 20 manat pul istəyirlər. Heç özlərinin verdikləri sualdan xəbərləri yoxdur”, – deyə qəssab əlavə edib.

AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib:
"Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”.

Daha ətraflı videoda:

OXŞAR XƏBƏRLƏR