Amerikalı aktrisa Cesika Alba həyat yoldaşı Keş Uorendən boşanır.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o, 17 illik evliliyini bitirmək qərarına gəlib.
Aktrisanın yaxın günlərdə məhkəməyə müraciət edəcəyi deyilir.
Xatırladaq ki, Cesica və Kaş 17 ildir evlidir. Onların üç övladı var. Ailədəki problemlər haqqında şayiələr uzun müddətdir ki, gəzir. Cütlük bu yaxınlarda bir neçə dəfə nikah üzükləri olmadan ictimaiyyət qarşısına çıxmışdı.
Aysel