'Cəsur gözəl'lərin qalibi Bakıda fırıldaqçılıqla məşğuldur
14:36 10.03.2013
3137
“Cəsur gözəllər” qızlardan ibarət komanda reality-şousunun qalibi Lamiyə Sadıqova Bakı şəhərində fırıldaqçılıqla məşğuldur. Qazaxdan valideynləri qızı Lamiyəni təhsil üçün göndərsə də Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan Lamiyə tələbə yoldaşlarının dediyinə görə dərslərə getmir, əvəzində bütün gecəqondu gecə klublarında vaxtını öldürür. Kəndli qız kompleksi yaşayan və ləhcə ilə danışan 21 yaşlı gənc Lamiyə şəhər atmosferində çaş-baş qalıb. Bir neçə vətəndaşa telefon və pul “atmaq”la məşğul olan Lamiyə Sadıqovanı pul oğurluğuna görə şübhəli şəxs qismində Nərimanov rayonu polis bölməsində izahat verməli olub.