Cevdet Yılmaz Əli Əsədova məktub ünvanladı - Hər cür dəstəyə hazırıq!

Cevdet Yılmaz Əli Əsədova məktub ünvanladı - Hər cür dəstəyə hazırıq!
SOSİAL
15:00 30.03.2025
287
Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında məktub mübadiləsi həyata keçirilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Nazirlər Kabinetindən bildirilib.

Əli Əsədov Cevdet Yılmaza ünvanladığı məktubda onu doğum günü münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıb:

"Azərbaycanda Sizi etibarlı dost və ölkələrimiz arasında qardaşlıq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyən siyasi xadim kimi tanıyırlar.
Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, möhkəm təməllər üzərində qurulan və böyük inkişaf yolu keçən Azərbaycan-Türkiyə dövlətlərarası əlaqələri xüsusilə son illərdə dövlət başçılarımızın qətiyyətli səyləri ilə strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək səviyyəsinə çatmışdır. Dostluq və qardaşlıq münasibətlərimizin daha da möhkəmləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsinə töhfə vermək istiqamətində Sizinlə birgə səylərimizi davam etdirmək əzmində olduğumu bir daha vurğulayıram. Sizinlə görüşlərimizi və səmimi təmaslarımızı ən xoş təəssüratla xatırladığımı bildirirəm".

Azərbaycanın Baş naziri Ramazan bayramı münasibətilə də təbrikini çatdırıb, Cevdet Yılmaz və qardaş Türkiyə xalqına cansağlığı, xoşbəxtlik, daim əmin-amanlıq və rifah arzulayıb.
OXŞAR XƏBƏRLƏR