Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”

Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”
SİYASƏT
16:29 09.09.2026
65
Xəbər verdiyimiz kimi, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov yaxın zamanda erməni həmkarı ilə görüşəcək.

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.

Nazir bildirib ki, xarici işlər naziri Ararat Mirzoyanla ən son Bişkekdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi şərhçi Aydın Tağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, bu addım Bişkekdə baş tutan son təmasların davamı olaraq, dialoqun daha sistemli və rəsmi müstəviyə daşındığını göstərir:

"Ceyhun Bayramovun Ararat Mirzoyanla yaxın zamanda keçirilməsi planlaşdırılan görüşü, Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin ardıcıllığını nümayiş etdirir. Bu addım Bişkekdə baş tutan son təmasların davamı olaraq, dialoqun daha sistemli və rəsmi müstəviyə daşındığını göstərir. Görüşün əsas məqsədi tərəflər arasında etimadı gücləndirmək və mübahisəli məsələlərin müzakirəsini davam etdirməkdir”.

O qeyd edib ki, görüş sülh prosesinin davamlılığı üçün mühüm addımdır:

"Hesab edirəm bu, həm də regionda sabitliyin möhkəmlənməsi üçün mühüm siyasi siqnaldır. Azərbaycan tərəfi sülh gündəliyini irəli aparmaqda ardıcıl mövqeyini nümayiş etdirir, Ermənistan isə bu prosesdə öz siyasi iradəsini ortaya qoymalıdır. Belə görüşlər, tərəflərin gələcəkdə sülh müqaviləsinə daha yaxınlaşmasına zəmin yaradır. Nəticə etibarilə, bu görüşün uğuru bölgədə yeni əməkdaşlıq imkanlarının açılmasına yol aça bilər. Fikrimcə görüş sülh prosesinin davamlılığı üçün mühüm addımdır”.

"Əgər tərəflər konkret hüquqi və siyasi razılaşmalara yaxınlaşa bilsələr, ilin sonuna qədər sülh müqaviləsinin imzalanması real görünür. Lakin bunun üçün Ermənistanın Konstitusiyasında dəyişikliklər və qarşılıqlı etimadın gücləndirilməsi vacibdir”,-deyə ekspert bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Erkən nikah mövzusunda maarifləndirici tədbir keçirildi
16:39 09.09.2026
Erkən nikah mövzusunda maarifləndirici tədbir keçirildi
Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”
16:29 09.09.2026
Ceyhun Bayramov-Ararat Mirzoyan görüşü: “İlin sonuna qədər sülh müqaviləsi imzalana bilər”
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
16:20 09.09.2026
İran parlamentinin sədr müavini: Oman Sultanı Hörmüz boğazı üzrə razılaşmanı qəbul edib
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
16:14 09.09.2026
Övladınızın məktəb alış-verişinə nə qədər pul xərclədiniz? – VİDEOSORĞU
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
16:05 09.09.2026
Məşhur aparıcılar televiziyadan “Youtube”yə keçir - Orada verilişlərə kim nəzarət edəcək?
Paşinyan Fransaya gedib
16:01 09.09.2026
Paşinyan Fransaya gedib
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
15:47 09.09.2026
Yasamalda hazır mənzil almaq istəyənlər üçün 3 fərqli ödəniş imkanı
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
15:24 09.09.2026
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
15:16 09.09.2026
Havalar soyuyur, balıq mövsümü başlayır – Küçədə satılan balıqlarla bağlı XƏBƏRDARLIQ
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
15:14 09.09.2026
Prezident Şarovskinin vəfatı ilə bağlı nekroloq imzaladı
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
15:13 09.09.2026
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
15:12 09.09.2026
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə məcburi eniş etdi: 2 nəfər axtarılır
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
15:10 09.09.2026
"Smart" televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
15:07 09.09.2026
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
15:02 09.09.2026
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub - FOTOLAR
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR
14:42 09.09.2026
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirildi - FOTOLAR