Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışıb

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən danışıb
SİYASƏT
19:37 19.05.2021
559
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan "Xəzər" Siyasət Mərkəzinin nümayəndə heyəti ilə görüşüb.

XİN-dən AZXEBER.COM-a verilən məlumata görə, nazir nümayəndə heyətinə bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, üçtərəfli bəyanatlar və onların icrası ilə bağlı məsələlər, işğal faktorunun aradan qaldırılması ilə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanının yaranması, azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və reinteqrasiya prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

C.Bayramov üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, o cümlədən Azərbaycanın hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytardığını, 1600-dək erməni hərbçisinin cəsədinin qarşı tərəfə təhvil verildiyini, habelə kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqların davam etdirildiyini qeyd edib. Eyni zamanda hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumatın bu günədək Ermənistan tərəfindən verilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
 
Bölgədə iki dövlətin sərhəd ərazisində baş verən son gərginlikdən bəhs edən nazir Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirdiyini və bu prosesin tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirildiyini qeyd edib. Bu məsələnin Ermənistan tərəfindən siyasiləşdirildiyi, bu kimi fikir ayrılıqlarının danışıqlar yolu ilə həll edilməli olduğu vurğulanıb.

C.Bayramov enerji məsələlərinə də toxunaraq, bu sahədə həyata keçirilən irimiqyaslı layihələrdən və onların bölgənin inkişafına verdiyi töhfədən danışıb. ABŞ-ın Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələrinə verdiyi davamlı dəstək məmnunluqla qeyd olunub.

Daha sonra nazir nümayəndə heyətinin suallarını cavablandırıb, tərəflər arasında ikitərəfli münasibətlər, habelə regional təhlükəsizlik məsələləri üzrə geniş fikir mübadiləsi aparılıb.
 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
23:54 13.06.2025
İranda nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
23:44 13.06.2025
İsrailin müdafiə naziri İranın qırmızı xətləri keçdiyini bildirib
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
23:33 13.06.2025
“Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı başlayır
İran ordusuna yeni baş komandan təyin edildi
23:29 13.06.2025
İran ordusuna yeni baş komandan təyin edildi
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
23:24 13.06.2025
KİV: İsrailin qadın pilotu İranda əsir götürülüb
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
23:09 13.06.2025
İran İsrailin Milli Təhlükəsizlik Nazirliyinin binasını vurdu
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
22:58 13.06.2025
Zaqatalada avtomobilin vurduğu piyada ölüb
Rusiya Ukraynaya daha 1200 hərbçinin meyitini təhvil VERDİ
22:51 13.06.2025
Rusiya Ukraynaya daha 1200 hərbçinin meyitini təhvil VERDİ
Qazaxıstan da bütün uçuşları dayandırdı
22:36 13.06.2025
Qazaxıstan da bütün uçuşları dayandırdı