Ceyhun Bayramov Brüsseldə keçirilən iclasda çıxış edir

Ceyhun Bayramov Brüsseldə keçirilən iclasda çıxış edir
SİYASƏT
15:25 12.12.2022
205
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında çıxış edir.

AZXEBER.COM bildirir ki, bu barədə nazirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

Qeyd edək ki, Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.
 
İclasa Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sədrlik edir.

İştirakçılar "Şərq tərəfdaşlığı"nın regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə bundan sonra necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaqlar.
OXŞAR XƏBƏRLƏR