Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır

Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
SİYASƏT
09:49 26.02.2026
225
Bu günün reallığı ondan ibarətdir ki, artıq Qarabağa həyat qayıdır.

AZXEBER.COM xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib.

C.Bayramov qeyd edib ki, son beş ildə Azərbaycan xalqı Xocalı soyqırımını və qurbanlarını anarkən eyni zamanda artıq əzəli torpaqlarını işğaldan azad etməsini də xatırlayır:
 
"Çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib.

Bərpa-quruculuq işlərinin həyata keçirilməsi ilə Qarabağa həyat qayıdır. Biz yaxşı bilirik ki, Xocalıdan öncə də bir çox yaşayış məntəqələrimizdə buna oxşar qətliam və qırğınlar törədilib. Bu, düşünülmüş, etnik nifrət əsasında qurulmuş siyasətin tərkib hissəsi idi. Xocalı soyqırımı isə miqyasına görə Azərbaycan üçün ən böyük faciə sayılırdı. Həmin faciəniun qurbanları tamamilə günahsız mülki şəxslər - qadınlar, uşaqlar, qocalar idi".
OXŞAR XƏBƏRLƏR