Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb - FOTOLAR

Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb - FOTOLAR
SİYASƏT
21:04 04.11.2025
96
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzairə rəsmi səfəri çərçivəsində Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X” hesabında məlumat verilib.

Bildirilib ki, müzakirələr Azərbaycan və Əlcəzair arasında parlament və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə yönəlib.

"Hər iki tərəf təcrübə və ən yaxşı təcrübələrin (praktikaların) mübadiləsinin, eləcə də siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin vacibliyini vurğuladı”, - məlumatda deyilir.

 

 

 


OXŞAR XƏBƏRLƏR