Ceyhun Bayramov Əraqçi ilə ikitərəfli məsələləri müzakirə etdi
SİYASƏT
22:26 17.03.2026
205
İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
AZXEBER.COMxəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.
Bildirilib ki, Abbas Əraqçi ilə Ceyhun Bayramov bölgədəki son hadisələr və ikitərəfli münasibətləri müzakirə ediblər.
A. Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir. "İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Əraqçi qeyd edib.
Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.