Ceyhun Bayramov: "Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır"

Ceyhun Bayramov: "Ermənistan Azərbaycan ərazisinə hərbçi göndərmək cəhdlərinə son qoymalıdır"
SİYASƏT
14:39 17.03.2021
909
"Üçtərəfli bəyanatların bir sıra müddəalarının uğurla yerinə yetirilməsinə baxmayaraq, bəzi məqamlarda Ermənistandan konstruktiv yanaşmanı görmürük”.

AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Bakıda Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə keçirdiyi mətbuat konfransında deyib.

"Üçtərəfli bəyanata əsasən, Ermənistan Azərbaycan ərazilərindən bütün hərbi birləşmələrinin çıxarılmasına dair öhdəlik götürüb. Belə olan təqdirdə biz bir daha bu faktı qarşı tərəfin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycan ərazisinə hər hansısa hərbçilərin göndərilməsi cəhdlərinə son qoyulmalıdır”, - nazir vurğulayıb.
OXŞAR XƏBƏRLƏR